ALIM QASIMOVUN NƏVƏSININ TOYUNDAN - FOTO

03 Feb 2022    300

Ötən gün Xalq artisti Alim Qasımovun nəvəsinin oğlan toyu baş tutub.

 

BAKU.WS xəbər verir ki, sənətçinin nəvəsi Fatimə həmkarı Xalq artisti Natiq Şirinovuin oğlu Ümidlə ailə həyatı qurub. 

 

Alim Qasımov nəvəsi Fatiməni çıraq başın fırladıb. Nəvəsini gəlin köçürən muğam ifaçısı kövrələrək göz yaşlarını saxlaya bilməyib. Ümidlə Fatimənin toy mərasimi şəhərin dəbdəbəli məkanlarından birində keçirilib. 

 

Məclisdə bir sıra şou-biznes nümayəndələri də iştirak edib. Onlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edərək Xalq artsitinin nəvəsini bu şad günü münasibətilə təbrik ediblər.

 

Pandemiya səbəbilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyulub. Buna görə də Natiq Şirinov oğlu Ümidə hələ iki gün toy edəcək. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. 

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button