AKSESUAR SEÇƏRKƏN DİQQƏTLİ OLUN

22 May 2022    771

Havaların isinməsi ilə qadınlar gözəlliyinə daha çox fikir verir. Rəngli geyimlər, baxımlı saçlar, cəlbedici baletkalar yazın sevimli geyimləridir.

Bütün bu gözəlliklərdən əlavə yazda havaların isinməsi ilə allergiya, günəş şüalarının mənfi təsiri yaranır. Buraya səhv seçilmiş aksessuarlar əlavə edildiyi zaman allergik reaksiyalar artır. Bu isə allergik dermatitə çevrilir. 

 

Aksessuarların tərkibində olan maddələr dəiyə təmas edərək ortaya çıxan bir xəstəlikdir. Diqqət edilmədiyi zaman həftələr, aylar illər, hətta ömür boyu davam edə bilər.

 

Nikkel tərkibli sırğalar, nikkelə allergiyası olan qadınların qulağında yaralar əmələ gətirir. Qulaq deşmək üçün istifadə edilən iynələr, boyunbağı və başqa aksessuarlardan keçə bilər. Bədənimizin ən həssas bölgəsi gözlərə makiyaj edilən zaman havada olan allergik təsirlər və göz kölgələri allergiyaya səbəb olur.

Geyimlərdə istifadə edilən boyalar ən çox tərləyən bölgələrdə özünü göstərir.

Ətraflı

 

Xüsusən də yaz aylarında tez-tez istifadə edilən qoltuq altı antiperspirantlar, ayaq və əllər üçün plastik ayaqqabı və əlcəkdən istifadə, xəstəliyin yaranmasına səbəb olur. Xəstəliyə səbəb olan allergiya ilə təmas kəsilərsə, həkimin verdiyi dərmanlarla sağalmaq mümkündür. Təmas davam edərsə, xəstəlik xroniki hal ala bilər. 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button