AİLƏ TERAPİYASI NƏDİR?

18 May 2022    820

İnsanın əsas ehtiyaclarından biri də şübhəsiz ki, ünsiyyət qurmaq ehtiyacıdır. Ünsiyyət iki insan vəya qrup arasında baş tutan bir praktikadır. Ünsiyyət vasitəsi ilə, qarşımızdakı insanın duyğularını və düşüncələrini öyrənirik. Ünsiyyətin mühim rol oynadığı yerlərdən biri də ailədir.

 

Ailə fərdləri arasında ünsiyyət pozulduğu zaman münasibətlər korlanır, əlavə olaraq başqa problemlərin yaranmasına səbəb olur. Çıxılmaz vəziyyətə düşən ailələr həll yolları axtarırlar. Bunun ən yaxşı yolu ailə terapiyası xidmətinə müraciət etməkdir.

 

Ailə üzvləri arasında müsbət ünsiyyəti artıran və ailə daxilində yaranan problemləri həll edən terapiya metodudur. Bu terapiyanın digər terapiyalardan fərqi odur ki, əgər ehtiyac yaranarsa , ailənin digər üzvləri də terapiyaya daxil edilir. Terapiya bir neçə seansdan ibarət olur. Seansın sayı problemdən asılı olaraq dəyişir. Terapiya ailə psixoloqu tərəfindən aparılır. Terapiyaya gələn şəxslərin düşüncələri diqqətli şəkildə dinlənir və problemin həlli üçün qarşılıqlı çalışırlar.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button