Saçların ağarması qadınlar və kişilər üçün ortaq problemdir. Xüsusilə irəliləyən yaşlarda ortaya çıxan bir vəziyyətdir. Lakin bəzi faktorların təsirindən erkən yaşlarda saç ağarmasına da rast gəlinir.
Bu faktorların başında stress gəlir. Digər faktorlar isə siqaretdən istifadə, yalnış qidalanma və genetik meyllikdir. Yaşlanmayla birlikdə isə saçdakı melonositlər, funksiyasının öhdəsindən gələ bilmirlər və piqment sintez etmirlər. Bunun nəticəsində də saçlar ağarır.
Aparılan araşdırmalara görə bəyaz irqdən olan insanlarda saçlar artıq 34 yaşdan etibarən ağarmağa başlayır. 50 yaşlarda isə artıq yarıdan çoxu ağarmış olur.
Saçların ağarmasını ləngitmək üçün müxtəlif saç üçün olan vitaminlər, düzgün seçilmiş dozada Biotin və Metionin, ağarmanı ləngidən şampunlar, maskaların edilməsi məsləhətdir.
Təbii maskalardan istifadə etmək istəyirsinizsə 5 ədəd qabıqlı qozu qaynadın, alınan məhlulu 21 gün ərzində saç diblərinə massaj edərək hopdurun, yumayın. Bir ay ara verib təkrarlaya bilərsiniz.
Bunlardan başqa qoz yağı, emu yağı, B qrup vitaminləridə saç maskalarınıza əlavə edərək saçlarınızın ağarmasının qarşısını ala bilərsiniz.
Unutmayaqki, saçların ağarması təbii prosesdir, və qalıcı olaraq bunun qarşısını almaq, hələki elmin bu gün gəldiyi nəticələrə görə mümkün deyil.
Dr. Bilqeyis Mustafayeva